Nazir: “Azərbaycan iqtisadiyyatında ciddi transformasiya baş verir”

Nazir: “Azərbaycan iqtisadiyyatında ciddi transformasiya baş verir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün Azərbaycan iqtisadiyyatında ciddi transformasiya baş verir”.

Bunu maliyyə naziri Sahil Babayev Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı çərçivəsində Bankın və Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) birgə təşkilatçılığı ilə reallaşan Biznes Forumda çıxışı zamanı deyib.

Tribuna.az xəbər verir ki,  nazirin sözlərinə görə, Azərbaycan həm regionun, həm Avropanın, həm də tərəfdaşlarının enerji təhlükəsizliyinin təmin olunması baxımından mühüm rol oynayır:

 

“Qara Dəniz Ticarət və İnkişaf Bankı bizim aktiv tərəfdaşlarımızdan biridir. Hazırda qlobal iqtisadiyyatda böyük transformasiya yaşanır. Azərbaycan həm regionun, həm Avropanın, həm də tərəfdaşlarının enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Ölkəmiz iqtisadiyyatın, ixracatın şaxələndirilməsi və infrastrukturun inkişaf etdirilməsi üzərində işləyir, buna xüsusi diqqət yetirir”.

 

O əlavə edib ki, hazırkı iqtisadi çağırışlar fonunda Orta Dəhlizin rolu daha da artır:

 

“Azərbaycan həm də nəqliyyat infrastrukturu baxımından körpü rolunu oynayır.

 

Bu gün ölkəmizdə ciddi transformasiya baş verir. Son rəqəmlərə baxsaq, iqtisadiyyatımızın 71 faizini qeyri-neft sektoru təşkil etdiyini görə bilərik. Bu sektorun spektrinin genişləndirilməsi istiqamətində işlər görülür. Bu kontekstdə maliyyə imkanlarının genişləndirilməsi də xüsusilə vacibdir.

 

Bu baxımdan bugünkü biznes forumun əhəmiyyəti çox önəmlidir”.Oxu.Az