Dünən SEPAH Naxçıvanla sərhəddə yerləşən Piranşəhr və Sərdəşt şəhərlərində əməliyyat keçirib.
Tribuna.az xəbər verir ki, həmin əməliyyat bölgəıdə yerləşmiş silahlı PEJAK təşkilatına qarşı olub.
Hərbi qüvvələrin reallaşdırdığı planlar əsasında PEJAK-ın 11 üzvü öldürülüb. Onlardan 6 nəfəri Naxçıvanla sərhəddə yerləşən Piranşəhrdə dağda pusquya salınaraq, məhv edilib.
Bundan başqa, analoji əməliyyatlar İran Kürdistanının Banə şəhərində də keçirilib. Əməliyyatda iştirak edən SEPAH-ın bir zabiti öldürülüb.
Fərda Uğur









