Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) bir qolu olan Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu tender keçirib.
Tribuna.az bildirir ki, məqsəd nəqliyyat vasitələrinin satınalınmasıddır.
Məlumatda qeyd edilir ki, “OK-MOTORS” MMC müsabiqənin qalibi olub. Və 2 ədəd furqon və 2 ədəd Pikap tipli avtomobilin alınmasına 267 min 871 manat pul ödəniləcək.
Qeyd edək ki, “Ok-Motors” MMC ilə bağlı açıq mənbələrdə hər hansı məlumat yoxdur. Şirkətin son 3 ildə cəmi bir tenderə iştirak etdiyi bildirilir.
Fərda Uğur









