Polşanın Baş naziri Donald Tusk NATO müttəfiqlərini alyansın yaranma məqsədini, SSRİ və Rusiyanın qarşıdurmasına qarşı Qərbi müdafiə etmək funksiyasını, xatırlamağa çağırıb.
Tribuna.az xəbər verir ki, bu barədə “TASS” informasiya agentliyi məlumat yayıb.
“Müttəfiqlərimizə xatırlatmaq istəyirəm ki, NATO Qərbi sovet təcavüzündən, yəni Rusiyadan müdafiə etmək üçün yaradılıb. Onun təməli isə eqoist maraqlar deyil, həmrəylik idi. Ümid edirəm ki, bu prinsip hələ də dəyişməyib”, – deyə Tusk bildirib.
Tuskun bu reaksiyası Macarıstanın baş naziri Viktor Orbanın Moskvaya səfəri və Kremlin rəhbəri Vladimir Putinlə görüşündən, eləcə də ABŞ prezidentinin Ukrayna üzrə xüsusi elçisi Stiven Vitkoffun hazırladığı sülh planından sonra gəlib. O, həmçinin Andrey Yermakın Ukrayna prezidentinin ofisi rəhbəri vəzifəsindən istefasını bu proseslərlə birlikdə “ölümcül birləşmə” adlandırıb.









