Mütəxəssislərdən açıqlama: hər gün kitab oxumaq stressi azaldır

Mütəxəssislərdən açıqlama: hər gün kitab oxumaq stressi azaldır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Gündə 15 dəqiqə kitab oxumaq stressi azalda və diqqəti gücləndirə bilər
Tribuna.az xəbər verir ki, mütəxəssislərin bildirdiyinə görə, gündə cəmi 15 dəqiqə kitab oxumaq insanın psixoloji vəziyyətinə müsbət təsir göstərir. Oxuma vərdişi beynin rahatlama zonasını aktivləşdirərək stress və gərginliyin azalmasına kömək edir.
Eyni zamanda, mütəmadi kitab oxumaq diqqət və konsentrasiyanı gücləndirir, yaddaşın daha yaxşı işləməsinə şərait yaradır. Psixoloqlar qeyd edirlər ki, bu sadə vərdiş həm zehni inkişafı dəstəkləyir, həm də gündəlik həyatdakı emosional balansı qorumağa kömək edir.