Addım saymaq gəzintidən fayda almaq üçün mütləq deyil.
Tribuna.az xəbər verir ki, Bu barədə ümumi praktik həkim Hüseyn Əhməd HuffPost nəşrinə müsahibəsində danışıb və gəzintinin yuxunu necə yaxşılaşdıra biləcəyini izah edib.
Həkimin sözlərinə görə, günorta saatlarında — 11:00-dan 15:00-a qədər edilən gəzinti əhval-ruhiyyəni yüksəldir, yuxunu yaxşılaşdırır və orqanizmin aktivliyini tənzimləməyə kömək edir. O vurğulayıb ki, mütləq gündə 10 min addım atmaq lazım deyil.
“Məsələn, həftədə azı 150 dəqiqə sürətli gəzinti — yəni həftədə beş gün gündə təxminən 30 dəqiqə — ürək-damar xəstəlikləri riskini azaldır, əhvalı yaxşılaşdırır və çəkiyə nəzarət etməyə kömək edir”, — deyə mütəxəssis bildirib.
O həmçinin qeyd edib ki, gəzinti orqanizmdə tez yuxuya getməyə və daha dərin yatmağa kömək edən bioloji siqnalların yaranmasını stimullaşdırır. Bu üsul xüsusilə oturaq həyat tərzi keçirən və mürəkkəb məşqlər və ya dərmanlar olmadan gecə istirahətinin keyfiyyətini artırmaq istəyənlər üçün faydalıdır.
Daha əvvəl həkim Sara Marin demişdi ki, yaxşı yuxu üçün erkən şam yeməyi və gündəlik rejimə riayət etmək vacibdir. Onun sözlərinə görə, bu prinsiplərin pozulması yuxusuzluğa və ya yuxu keyfiyyətinin pisləşməsinə səbəb ola bilər.
İmran Kərimli









