Muradyan: “Əliyev heç bir halda Qarabağ “rəhbərliyi”ni azad etməyəcək”

Muradyan: “Əliyev heç bir halda Qarabağ “rəhbərliyi”ni azad etməyəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan xalqımızın mentalitetini yaxşı öyrənib”.

Tribuna.az xəbər verir ki, bunu erməni rəssam Zaruhi Muradyan deyib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin  kilsə məsələsində məqsədi katolikosu dəyişdirmək deyil. “Məqsəd, ümumiyyətlə bu strukturu məhv etməkdir. Bu, Azərbaycandan gələn başqa bir sifarişdir”.

Muradyan iddia edib ki, Ermənistanda keçiriləcək parlament seçkiləri öncəsi Azərbaycan hazırda Bakıda həbsdə olan bəzi erməniləri azad edə bilər. “Lakin Azərbaycan Prezidenti İlham Əliyev heç bir halda Qarabağın hərbi-siyasi rəhbərliyini azad etməyəcək”.

Fərda Uğur