Dünən Rusiya Hərbi Hava Qüvvələrinin xüsusi uçuş dəstəsinə məxsus Tu-214PU təyyarəsi Tehrana eniş edib.
Tribuna.az xəbər verir ki, Tu-214PU “Qiyamət təyyarəsi” kimi tanınan hava komandanlıq mərkəzlərinin versiyalarından biridir və iclas otaqları, yüksək təhlükəsizlikli rabitə sistemləri, eləcə də hərbi koordinasiya imkanları ilə təchiz olunub.
Məlumatda deyilir ki, təyyarənin İrana səfərinin məqsədi ilə bağlı rəsmi məlumat yoxdur. İlkin ehtimallardan biri Moskvaya gedə bilməyən yüksək səviyyəli bir şəxslə təhlükəsiz görüşün təşkilidir. Həmin şəxsin Müctəba Xameneyi ola biləcəyi istisna edilmir.
Fərda Uğur









