Moskalayev: “İki ölkənin enerji sistemini birləşdirmək çətin olmayacaq”

Moskalayev: “İki ölkənin enerji sistemini birləşdirmək çətin olmayacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verildiyi kimi, Ermənistan və Azərbaycan eerji sistemlərinin birləşdirilməsi məsələsi gündəmə gəlib.

Tribuna.az xəbər verir ki, ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan da bu barədə açıqlama verib.

Lakin o, məsələnin detalları barədə bilgi verməyib. Sadəcə, bunun faydalı olacağını vurğulayıb.

Rusiyalı ekspert Aleksey Moskalyev isə bildirib ki, Ermənistan və Azərbaycanın enerji sistemlərini birləşdirərkən heç bir texniki çətinlik olmayacaq. “Çünki onlar SSRİ-nin ümumi enerji sisteminin bir hissəsi kimi formalaşıblar. Vaxtıyla Hrazdan İstilik Elektrik Stansiyası ilə Ağstafa yarımstansiyası gücü 330 kV olan xəttlə birləşdirilib. İndi onu bərpa etmək çətin məsələ deyil”.

Fərda Uğur