Molla rejimi yenə şərləməyə başladı

Molla rejimi yenə şərləməyə başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İranın yüksək vəzifəli mənbələri bildiriblər ki, İsrail İrana və regiona qarşı çirkli işlərini Azərbaycan vasitəsilə həyata keçirir və bu fəaliyyət son illərdə daha da güclənib”.

Tribuna.az xəbər verir ki, bu şərləmə “Middle East Eye” nəşrinə açıqlamada yer alıb.

SEPAH-ın müşaviri sözügedən sayta açıqlamasında isə deyib ki, Tehran “düşmənin” neft təchizat mərkəzlərinə zərbə endirəcək və bölgədən neft ixracının davam etməsinə icazə verməyəcək.

Qeyd edək ki, bu açıqlama fonunda bəzi İran teleqram kanallarında BTC-nin hədəfə alınacağı barədə xəbərlər yayılmağa başlayıb. SEPAH-a bağlı bu hesablarda iddia olunur ki, Tehran rejimi bu yöndə plan hazırlayır.

Fərda Uğur