Mirmahmud Mirəlioğlunun nəvəsinin ölümü ilə bağlı TƏFƏRRÜATLAR

Mirmahmud Mirəlioğlunun nəvəsinin ölümü ilə bağlı TƏFƏRRÜATLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt Tibb Mərkəzi Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, sabiq deputat Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsi Müşfiq Fəttayevin ölümü ilə bağlı məlumat yayıb.

 Tribuna.az xəbər verir ki, məlumatda deyilir:

“Dekabrın 17-də saat 19:10 radələrində 2007-ci il təvəllüdlü şəxs (kişi) Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına ailə üzvləri tərəfindən hospitalizasiya olunub. Həkim heyəti tərəfindən onun həkiməqədər ölüm faktı qeydə alınıb.

 

Hadisə ilə bağlı müvafiq qurumlara məlumat verilib”.

 

Qeyd edək ki, M.Mirəlioğlunun oğulları Müşfiq və Mircəlil 1991, 2009-cu illərdə vəfat edib. 2012-ci ildə isə siyasətçinin qızı Mahirə dünyasını dəyişib.