Xalq artisti Miri Yusif və ailəsi sevindirici xəbər yaşayıb.
Tribuna.az xəbər verir ki, sənətçinin oğlu Hüseyn arzuladığı universitetlərdən birinə qəbul olunub.
Bu barədə Miri Yusifin həyat yoldaşı, bloger Nərgiz Mirbabayeva sosial şəbəkə hesabında paylaşım edərək sevincini izləyiciləri ilə bölüşüb.
Nərgiz Mirbabayeva bildirib ki, Hüseyn üç universitetə müraciət edib və ən çox oxumaq istədiyi ali təhsil ocağından qəbul məktubu alıb:
“Miri Yusiflə rəsmi olaraq tələbə valideyni olduq. İnanılmaz hissdir, möhtəşəmdir. Sevincimdən yerə-göyə sığmıram. Hüseyn üç universitetə müraciət etmişdi. Onlardan ən çox istədiyi universitetdən qəbul məktubu aldı. Çox xoşbəxtik. Bu, sözlə ifadə olunmayacaq qədər gözəl hissdir”. (Musavat.com)









