Ermənilərin ATƏT-in Minsk Qrupunun ləğv olunması “yası” davam edir. Tribuna.az xəbər verir ki, erməni siyasi cameəsi bu məsələni Azərbaycanın tələbi və Ermənistan baş naziri Nikol Paşinyanın Bakıya güzəşti kimi təqdim edirlər.
“Yerevan.today” saytının rəhbəri Sevak Akopyan yazır ki, guya, bu hadisə “Nikol Paşinyanın İlham Əliyevə mesajı” olub. O iddia edib ki, Ermənistanın baş naziri bununla Bakının istəyini yerinə yetirib. “Bu, Ermənistanın Azərbaycanın tələblərini yerinə yetirməsinin növbəti mərhələsidir”.
Ekspert Tatul Mkrtçyan isə qeyd edib ki, “Minsk Qrupunun ləğvi heç vaxt əvəzi ödənilməyən bir günahdır”. O bildirib ki, bununla da Qarabağ məsələsi birdəfəlik bağlanıb. “Bununla təkcə Qarabağın öz müqəddəratını təyin etmə hüququna deyil, həm də Qarabağda yaşayan ermənilərin beynəlxalq hüquqularının qorunması prosesinə də xitam verildi”.
Fərda Uğur









