“Minsk Qrupunun ləğvi Bakıya kart-blanş verdi”

“Minsk Qrupunun ləğvi Bakıya kart-blanş verdi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ATƏT-in Minsk Qrupunun ləğv edilməsi ilə Paşinyan Əliyevə müharibə üçün kart-blanş verdi”.

Tribuna.az xəbər verir ki, bu iddia ilə Erməni Milli Konqresinin sədr müavini Levon Zurabyan çıxış edib.

Onun sözlərinə görə, Minsk Qrupunun ləğv edilməsi Azərbaycanın daha sərbəst şəkildə hərəkət etməsi üçün imkanlar yaradacaq.

Zurabyan həmçinin iddia edib ki, guya, “Qarabağın status məsələsi referendumla həll olunub”. O qeyd edib ki, Serj Sarkisyanın Putinə yazdığı məktubda bunu xüsusi vurğulaması da səbəbsiz olmayıb. “Buna görə də Serj Sarkisyan Putinə məktubunda “Dağlıq Qarabağda keçirilən referendumu unudublar” deyib”.

Fərda Uğur