Minatəmizləmə Agentliyi daha 25 ədəd pikap almağa hazırlaşır.
Tribuna.az xəbər verir ki, dünən bununla bağlı keçirilən tenderin nəticəsi açıqlanıb.
Məlum olub ki, Agentlik pikap tipli xüsusi təyinatlı tibbi yardım nəqliyyat vasitələrini almağı planlaşdırır. Bununla bağlı “RAMMA” QSC ilə satınalma müqaviləsi imzalayıb. Müqavilənin dəyəri isə 2 milyon 20 min 750 manat təşkil edir.
Nəzərinizə çatdıraq ki, Minatəmizləmə Agentliyi ötən həftə 35 ədəd pikap almışdı. “Ramma” QSC ilə bağlanan həmin müqavilənin dəyəri isə 3 milyon manatdan çox idi.
Fərda Uğur









