Azərbaycan Gənclər və İdman Nazirliyi (GİN) “Yaylaq festivalı”nın təşkili və keçirilməsi üzrə xidmətlərin satın alınması üzər elan etdiyi tenderin nəticəsini açıqlayıb.
Tribuna.az xəbər verir ki, bu dəfə festival 24-26 iyul tarixlərində Göygöl rayonu ərazisindəki “Xan Yaylağında” təşkil olunacaq.
Məlumatda bildirilir ki, tenderin qalibi “VATA” MMC olub. Şirkət 3 gün davam edəcək tədbirin təşkili üçün nazirlikdən 215 min 255 manat ödəniş alacaq.
Xatırladaq ki, Festivalın keçirilməsində əsas məqsəd köçəri və yaylaq mədəniyyətini qorumaq, təbliğ etməkdir. Həmçinin bu festival 2019-cu ildən bəri davamlı olaraq keçirilir.
Fərda Uğur









