Milli Arxiv İdarəsi keçirdiyi tenderin nəticələri barədə məlumat yayıb.
Tribuna.az xəbər verir ki, qurum Dövlət arxiv xidməti təşkilatlarının Bakı şəhərində yerləşən inzibati binalarında quraşdırılmış isitmə və soyutma sistemlərinə illik servis xidmətini həyata keçirəcək.
Qeyd edək ki, tenderin qalibi fiziki şəxs Rəhim Qafil oğlu Vəliyev olub. Onunla 64 in 824 manatlıq müqavilə bağlanıb.
Bildirək ki, Rəhim Vəliyev ötən il 4 tenderin qalibi olub.
Onun haqqında açıq mənbələrdə hər hansı məlumat yoxdur.
Fərda Uğur









