“Milan” 18 yaşlı hücumçu transfer etdi

“Milan” 18 yaşlı hücumçu transfer etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Milan” yeni transfer gerçəkləşdirib.

Tribuna.az  xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat ayıb.

İtaliya təmsilçisi Belqrad “Partizan”ından Andrey Kostiçi sıralarına qatıb. 18 yaşlı monteneqrolu hücumçunun tezliklə komandaya qoşulacağı gözlənilir. Bildirilibki, tərəflər arasında müqavilə uzunmüddətli olacaq. Belqrad klubu bu transferdən təxminən 5 milyon avro və transfer bonusları alacaq.

Qeyd edək ki, Andrey Kostiç ötən yay Monteneqronun “Budućnost” klubundan 900.000 avroya “Partizan”a keçib. O, bu mövsüm “Partizan”ın heyətində 27 oyuna çıxıb və 9 qol vurub. Kostiçin “Partizan”la hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir.