Xəbər verildiyi kimi, Ermənistanın sabiq prezidenti Robert Koçaryan ölkəni tərk edərkən, hava limanında saxlanılıb.
Tribuna.az xəbər verir ki, onu hüquq mühafizə orqanlarının əməkdaşları saxlayıb.
Hələlik Koçaryana qarşı hansı maddələrlə cinayət işi açıldığı və ya irəli sürülən ittihamla bağlı açıqlama verilməyib. Lakin yerli media yazır ki, sabiq prezident ölkədən qaçmaq fikrində olub.
Köçəryanın ofisinin rəhbəri Baqrat Mikoyan isə Ermənistanın baş naziri Nikol Paşinyanı bu hadisə ilə bağlı sərt tənqid edib. O deyib: “Əgər Əliyevin “ayaqqabı yalayan”ının ağlına prezident Köçəryanın ölkədən qaça biləcəyi gəlsə, o, çox yanılır. Bir nəfər Ermənistandan qaçacaq və həmin şəxs də Əliyevin xidmətçisidir”.
Fərda Uğur









