“MİDA özünü doğrultmur” – Osman Gündüz

“MİDA özünü doğrultmur” – Osman Gündüz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Görünən odur ki, güzəştli mənzillərin satışı ilə bağlı MİDA-nın mövcud sistemi nə qədər təkmilləşdirilsə də, insan amilinin rolu minimuma endirilsə də, gözləntiləri tam doğrultmur və eyni risklər, eyni problemlər təkrar olunur.

Tribuna.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz bildirib. 3 dekabr tarixində baş tutan MİDA-nın mınzil satışı problemindən danışan ekspert qeyd edib ki, dövlət qurumlarının da prosesə cəlb olunması heç nəyi dəyişmir:


“Daha narahatedici məqam isə odur ki, bəzi hallarda digər dövlət qurumlarının da bu proseslərə cəlb olunması, hər dəfə çıxılmaz labirintə daxil olmaları ictimai etimadın itirilməsi riski yaradır.

Düşünürəm ki, hökumət və MİDA güzəştli mənzillərin əldə olunması üçün daha ədalətli, inklüziv və ağlabatan alternativ mexanizmlər tətbiq etməlidir.

Bu istiqamətdə təkliflərimiz artıq MİDA-ya təqdim olunub”.

Gülşən Rəsul