Yüzlərlə tələbə məzun gecəsinin təşkili zamanı ciddi problemlərlə üzləşiblər.
Tribuna.az-a xəbər verir ki, Bu barədə onların Bakıvaxtı.az-a etdikləri şikayətlərdə bildirilir.
İddialara görə, iyun ayında müxtəlif tarixlərdə keçirilən məzun gecəsinin təşkili “ECLIPS” adlı şirkətə həvalə olunub. Tədbirləırdə iştirak edən tələbələrdən 185-230 manat aralığında ödəniş toplandığı qeyd olunur.
Şikayətçilərin sözlərinə görə, şirkət tərəfindən əvvəlcədən verilən vədlərin əksəriyyəti yerinə yetirilməyib. Bu səbəbdən tələbələr arasında narazılıq yaranıb.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, məsələ ilə əlaqədar şirkətin əməkdaşları polis bölməsinə aparılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Saytımızı məlumatlandıran mənbə adışəkilən şirkətin təşkil edəcəyi məzun gecələrinin ləğv olunduğunu bildirir:
“Tələbələrdən alınan pullar yaxın zamanda qaytarılacaq”.









