“Mətbəx Aləmi” böhranda: Elşən Ağakişiyevin şirkətinin borcu 1,3 milyonu keçdi

“Mətbəx Aləmi” böhranda: Elşən Ağakişiyevin şirkətinin borcu 1,3 milyonu keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ev üçün mebel istehsalı ilə məşğul olan “Mətbəx Aləmi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) bir milyondan artıq vergi borcu var.
Tribuna.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə borcu 1.335.223,3 manata çatıb.
Nizamnamə kapitalı 100 manat olan, qeydiyyat ünvanı Bakı Şəhəri Yasamal Rayonu, Həsənbəy Zərdabi prospekti 87A ünvanında yerləşən şirkətin qanuni təmsilçisi Ağakişiyev Elşən Allahverdi oğludur. 16.05.2018-ci ildə yaradılan MMC-nin vergi borcunun olmasına baxmayaraq, hələ də aktiv vergi ödəyiciləri siyahısındadır.
Bir neçə il əvvəl “Construction Technology” MMC və “Mətbəx Aləmi” MMC-nin direktoru olan Elşən Ağakişiyevin adı Bakı şəhər İcra Hakimiyyəti başçısının sabiq müavini və biznesmen Eldəniz Lahıcovla məhkəmə işlərində hallanırdı. Eldəniz Lahıcov hazırda Rusiyada fəaliyyət göstərın 2 şirkətin – “E2E4 Group” və “Lespromınvest”in direktoru və təsisçisdir.
Eldəniz Lahıcov
Mediada gedən məlumatlara görə, Elşən Ağakişiyev və Eldəniz Lahıcovun Rusiya və Türkiyədə də ortaq biznesi var.
Xatırladaq ki, Eldəniz Lahıcov 90-cı illərdə Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləyib. O, 2003-cü 11 il müddətinə azadlıqdan məhrum edilib, 2011-ci ildə əfv sərəncamı ilə azadlığa çıxıb.