Messi “Barselona”ya qayıda bilər

Messi “Barselona”ya qayıda bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Argentina millisinin üzvü Lionel Messi Kataloniyanın “Barselona” klubuna qayıda bilər.

Tribuna.az -ın Gazeta.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə El Nacional nəşri yazır.

Məlumata əsasən, Messi futbolçu karyerasını başa vurduqdan sonra klubun rəhbər heyətində fəaliyyətə cəlb oluna bilər. Bu variant hazırda “Barselona” rəhbərliyi tərəfindən müzakirə edilir.

Lionel Messi “Barselona”nın yetirməsidir. O, əsas komandada 2003–2021-ci illərdə çıxış edib. Bu müddət ərzində 835 oyunda meydana çıxan Messi 709 qol vurub. O, “Barselona” ilə dörd dəfə Çempionlar Liqasının qalibi olub.

Messi 2022-ci ildə Argentina millisi ilə dünya çempionluğunu qazanıb, iki dəfə Amerika Kubokunun qalibi olub və səkkiz dəfə “Qızıl top” mükafatına layiq görülüb.

Təcrübəli futbolçu “Barselona”nın heyətində 35 titul qazanıb. O, Argentina millisi ilə 6, PSJ klubu ilə isə 3 kubok əldə edib.