Məşhur youtuber evində ölü tapıldı

Məşhur youtuber evində ölü tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyaca tanınan YouTube blogeri Adam the Woo ləqəbi ilə bilinən Adam Uilyams ABŞ-ın Florida ştatındakı evində ölü tapılıb. 51 yaşlı fenomenin ölüm səbəbi hələlik məlum deyil.

Tribuna.az xəbər verir ki, Osceola dairəsinin Şerif Ofisinin yaydığı məlumata görə, Uilyams evində hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılan həkimlər onun öldüyünü təsdiqləyiblər. Bildirilib ki, ölümün dəqiq səbəbi otopsiyadan sonra açıqlanacaq.

Adam the Woo kimi tanınan David Adam Uilyams illərdir YouTube-da səyahət və gündəlik vloglar paylaşırdı. O, 2012-ci ildə açdığı “The Daily Woo” kanalı ilə ABŞ-ın 50 ştatını gəzmiş, tema parklar, tarixi yerlər və maraqlı məkanlardan videolar çəkmişdi.

Məşhur YouTuberin son videosu ölümündən cəmi bir gün əvvəl paylaşılıb. Video Florida ştatının Celebration şəhərində Yeni il bəzəklərindən bəhs edirdi. Uilyams videonun sonunda izləyicilərinə “Bir sonrakı videoda görüşərik” deyərək vida etmişdi.

Onun qəfil ölümü sosial şəbəkələrdə və YouTube icmasında böyük üzüntü ilə qarşılanıb.

İmran Kərimli