İranın məşhur politoloqlarından olan, Tehran Universitetinin keçmiş professoru və islahatçı siyasi fəal Sadiq Zibakəlama cinayət işi açılıb.
Tribuna.az xəbər verir ki, bu barədə “Mehr News” saytı məlumat yayıb.
Məlumatda deyilir ki, o, mediada rejimə qarşı tənqidi fikir səsləndirməyə görə, 3 ay müddətinə mediaya açıqlama verməkdən məhrum edilib.
Qeyd edək ki, Zibaikəlam İran rejiminin əsas tənqidçilərindən biri olmaqla yanaşı, həm də analitik təfəkkürünə görə, öndə olan ismlərdən sayılır.
Fərda Uğur









