Dövlət Məşğulluq Agentliyi tabeliyində olan Bakı Regional Məşğulluq Filialı üçün ofis axtarışına başlayıb.
Tribuna.az xəbər verir ki, qurum bununla bağlı tender elan edib.
Açıq mənbələrdə yayılan xəbərlərə görə, Agentlik ümumi sahəsi 2300 kvadrat metr olan ofis axtarır. 1 il müddətinə icarəyə götürülməsi nəzərədə tutulan ofis üçün isə 430 min 548 manat pul ayırıb.
Xatırladaq ki, tenderin nəticəsi 13.07.2026-cı ildə açıqlanacaq.
Fərda Uğur









