Mərkəzi Klinikanın həkimi 12 yaşlı uşağın ölümünə səbəb oldu – İDDİA

Mərkəzi Klinikanın həkimi 12 yaşlı uşağın ölümünə səbəb oldu – İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi Klinikanın kardioloq həkimi Vəli Behbudov bizim balamızın ölümünə səbəb oldu. Halbuki biz balamızı 4 yaşından 12 yaşına qədər hər ay bu “həkim”in yanına aparırdıq. 

Tribuna.az xəbər verir ki, həkim səhlənlarlığı ilə üzləşən ailə üzvü Çimnaz Hüseynova məsələni sosial şəbəkədə ictimailəşdirib. O bildirib ki, 12 yaşlı uşağın vəziyyəti ağırlaşsa da, həkim xəstəyə məshliyyətsiz yanaşıb:

“Son aylar bizə deyirdi ki, vəziyyəti çox yaxşıdır, daha gətirməyin. Buna baxmayaraq, biz hiss edirdik ki, uşağın vəziyyəti yaxşı deyil. Noyabr ayından ümumiyyətlə çox halsız, taqətsiz idi, ancaq uzanmaq istəyirdi. Qusurdu, qarnı gedirdi. Noyabrın 12-si biz onu apardıq başqa klinikada başqa bir uzistin yanına. Bizə İqor həkim bildirdi ki, orqanları yaxşıdır, bircə ürəyinin qırağına su yığılır, tez aparın kardioloqa.

Elə həmin gün gətirdik həkim Vəli Behbudovun yanına, Vəli dedi ki, hər kəs öz işi ilə məşğul olsun, hər şey normaldır.

Bir dərman məsləhət gördü “empa” adında, dedi ki, sizə resepti başqa həkim göndərəcək. Bİz həmin gün gözlədik axşama kimi, səs səmir çıxmadı dərman adı gəlmədi”.

Şikayətçi bildirib ki, uşağın vəziyyəti pisləşsə də həkim ona dərman yazmağı unudub:

“Səhəri gün bu dediyi həkimə yığdıq və dedi ki, mənə ümumiyyətlə heç bir dərman haqqında məlumat verməyiblər, heç nə deməyiblər. Burdan artıq bu “həkim”in məsuliyyətsizliyi göründü.

Ayın 20-si bu uşaq öz dili ilə dedi ki, mən yaxşı deyiləm.

Apardıq Mərkəzi Klinikaya, bu həkimin işlədiyi yerə. Dedilər problem ürəyidir, qalmalıdır xəstəxanada.

Birinci sual burda yaranır, ürəyindəki problem 8 günə bu qədər necə şiddətləndi? Niyə vaxtında deyilmirdi bizə?

Ayın 22-si uşağın vəziyyəti pisləşdi, bu həkim videozənglə uşağı başqasına exo elətdirdi və dedi ki “bu gecə sağ çıxsa çıxacaq”.

Necə olur ki, indiyə kimi ürəyi çox yaxşı işləyən uşaq bu vəziyyətə düşdü?

Hemin gün uşağı reanimasayaya keçirdilər. 8 gün ərzində uşaq reanimasiyada qalanda, xüsusilə son günlər bu doktora çox çətinliklə çatırdıq, əlaqə saxlamaq olmurdu.

Həkim bizı bildirir ki, o vaxt demişdik də, 12 yaşına kimi ya qalacaq ya öləcək.

Belə idisə, nə üçün bu “həkim” vaxtında donor axtarmırdı ? Donor axtarmağa 20-sindən sonra başladılar. Niyə?”.

Şikayətçi bildidib ki, uşağın vəziyyəti aölrlaşandan sonra həkimlə əlaqə saxlamaq çətinləşib:

“Son günlər ümumiyyətlə bu həkimə çatmaq olmurdu, zəngləri götürmürdü, 2-3 dənə uşaq-muşaq tələbəni yığıb ətrafına, özü gedirdi, bunlar baxırdılar uşağa.

Bu məsuliyətsizlərə, ölümü adi bir hal kimi qəbul edən bu şəxslərə görə ayın 30-u 12 yaşlı balamız rəhmətə getdi.

Ümumiyyətlə Mərkəzi Klinikanın həkimləri barədə oxusanız görərsiniz ki, bunlar cəlladdılar, uşağı-cavanı-qocası hamını kəfənə salıb göndərirlər. Haradan gəldiyi məlum olmayan Güner adlı reanimatoloq da bu işin bir parçasıdır. Bu cəlladlığı burda qoymayacayıq !!! Bizim içimiz yanır, sizin içiniz yanmasın”.

Yazıda adı keçən həkimim və klinikanın mövqeyini dərc etməyə hazırıq.

Gülşən Rəsul