Azərbaycan Mərkəzi Bankı (AMB) “Stimul” Kredit İttifaqı və “Total Finans Kredit İttifaqı”na icrası məcburi göstəriş verib.
Tribuna.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
“Stimul” Kredit MMC və “Total Finans Kredit İttifaqı” MMC tərəfindən 2025-ci ilin III rübünə hesabatlar təqdim olunmadığından, “Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”nın 10.3-cü bəndinin tələbi təmin edilməmiş, bu səbəblə “Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü yarımbəndinin tələblərini rəhbər tutaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Stimul” Kredit İttifaqı MMC və “Total Finans Kredit İttifaqı” MMC-yə bu hesabatların təxirəsalınmadan və növbəti dövrlərdə vaxtında təqdim edilməsi ilə bağlı icrası məcburi olan göstəriş verilib.









