Meriya küçələri “yuyacaq”: Bunun üçün 149 min manat xərcləyəcək

Meriya küçələri “yuyacaq”: Bunun üçün 149 min manat xərcləyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi maraqlı bir tenderə yekun vurub.

Tribuna.az xəbər verir ki, dünən bununbla bağlı nəticələr açıqlanıb.

Tenderə əsasən İdarə asfalt-beton örtüklü yolların təmizlənib yuyulması üçün mal-materialların alınmasını həyata keçirəcək. Bununla bağlı “FİDAN-TN” MMC ilə satınalma müqaviləsi imzalanıb.

İdarə Bakıda yolların yuyulması üçün şirkətə 149 min 919 manat ödəyəcək.

P.S. Bakıda hansısa küçələrin yuyulması ilə rastlamısınızmı?

Fərda Uğur