Bakı Şəhər İcra Hakimiyyətinin balansında olan Bakı şəhəri Əsaslı Tikinti və Təmir MMC özünün bahalı tenderlərindən birini elan edib.
Tribuna.az xəbər verir ki, sözügedən qurum Bakıda parkların təmir və abadlaşdırılması ilə məşğul olacaq.
Məlumatda deyilir ki, Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq yenidənqurma və təmir işlərinin satın alınmasını rerallaşdıracaq. Tenderin nəticəsinə əsasən qalib “XEZER-CONSTRUCTİON” MMC olub. Bu işlərin görülməsinə isə 61 milyon 87 min 536 manat vəsait ayrılıb.
Fərda Uğur









