“Mənə pislik edənlərin hamısı bu gün yanımdadırlar. Gözlərinin içinə baxaraq onları yola verirəm”.
Tribuna.az xəbər verir ki, bu sözləri aktyor, müğənni Sərxan Kərəmoğlu deyib.
O, bildirib ki, ən böyük zərbələri ən yaxın insanlardan alıb:
“Mənə pislik edənlərin hamısı bu gün yanımdadırlar. Gözlərinin içinə baxaraq onları yola verirəm. Dostluq kimi görünsə də bu sadəcə yoldaşlıqdır. Elə şeylər var ki, danışmaq olmur. Hər şeyi də efirdə danışıb açıqlama vermək istəmirəm. Mənim əsas dostum Allahdır və ondan sonra gələn hər şey yalandır”.









