“Mehdiyev görsün deyə BDU professorları bir-birini dartırdı” – Kəramət Böyükçöl

“Mehdiyev görsün deyə BDU professorları bir-birini dartırdı” – Kəramət Böyükçöl

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Dövlət Universitetinin profossorları Ramiz Mehdiyev uzaqdan onları görsün deyə az qala bir-birlərinin belinə minirdilər, bir-birlərinin qolundan tutub dala dartır, bir-birlərinin yerinə keçirdilər. O balacaboy qəddar insan da asta-asata gəlib professorların qabağından keçib getdi, heç onlar tərəfə baxmadı.

Tribuna.az xəbər verir ki, bu barədə BDU tələbəsi olmuş yazıçı Kəramət Böyükçöl yazıb. Dünən DTX-nin yaydığı videodakı Mehdiyevin görüntüləri barədə danışan Kəramət bildirib ki, bu boyda xalq 25 il bu adamdan qorxmuşuq:

“O videoda mənə ən çox təsir edən Ramiz Mehdiyevin səsi idi. Necə qorxaq bir səs idi. Elə bil təpəsinə bir şapalaq vurmuşdular ki, tez ol, danış ə, düdük. Halbuki o, necə qəddar bir adam olub. Düz 25 il bir zəngi ilə nə qədər insana işgəncələr verdirib, ömrünü dəmir barmaqlıqlar arasında çürüdüb, həyatlarına son qoyub.

Yadıma gəlir, mən Bakı Dövlətdə tələbə olanda dövlət tədbiri var idi. Ramiz Mehdiyev maşından düşüb universitetə daxil oldu. O boyda universitetin profossorları Ramiz uzaqdan onları görsün deyə az qala bir-birlərinin belinə minirdilər, bir-birlərinin qolundan tutub dala dartır, bir-birlərinin yerinə keçirdilər. O balacaboy qəddar insan da asta-asata gəlib professorların qabağından keçib getdi, heç onlar tərəfə baxmadı. İndi o adam pul paçkalarının yanında necə aciz dayanmışdı.

Bütün qəddar adamlar belə qorxaqdır. Və biz, bu boyda xalq 25 il bu adamdan qorxmuşuq. Gör biz nə gündəyik”.
Gülşən Rəsul