Mədəniyyət Nazirliyinin bir gündə 4 tenderi ləğv edilib

Mədəniyyət Nazirliyinin bir gündə 4 tenderi ləğv edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən “Əsaslı Tikinti və Təchizat” MMC elan etdiyi tenderlərin hamısı ləğv edilib.

Tribuna.az xəbər verir ki, dünən həmin tenderlərdən 4-də qanun pozuntusu aşkarlandığı üçün dayandırılıb.

Belə ki, “Əsaslı Tikinti və Təchizat” MMC Qazax, Şirvan, Qobustan və  Saatlı rayonlarındakı  Heydər Əliyev Mərkəzlərinin cari təmir işlərini həyata keçirmək istəyib. Lakin Anti İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qanunun tələblərinin pozulması səbəbindən nəticələri ləğv edib.

Fərda Uğur