“McDonalds” cərimələnə bilər – SƏBƏB

“McDonalds” cərimələnə bilər – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“McDonalds Azərbaycan” restoranlar şəbəkəsi ilə bağlı cərimə protokolu imzalanıb.

Tribuna.az xəbər verir ki, “McDonals” İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 485.2-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

“McDonalds”la bağlı iş baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib. İşə 3 fevral tarixində hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, “McDonalds” Azərbaycan şirkətinin baş direktoru Oskar Boqopolskiydir.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən Rəsul