Masazırda məşhur otel sökülür – Video

Masazırda məşhur otel sökülür – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən və uzun müddətdir fəaliyyət göstərən “Laza” otel binasının söküntü işlər aparılır.

Tribuna.az xəbər verir ki, yüksək çinli məmurlardan birinə aid olduğu deyilən otelin söküntüsü üçün ərazidə ağır texnika işləyir.

Söküntü işləri sürətlə davam etdirilir. Otelin hansı səbəbdən söküldüyü bəlli deyil. Bununla bağlı rəsmi açıqlama gözlənilir.
Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Ekologiya və Təbii Sərvətlər Nazirliyindən söküntü layihəsinə dair rəsmi icazə və rəylərin alınıb-alınmaması, eləcə də ətrafda yaşayan sakinlərin təhlükəsizliyini təmin etmək üçün toz-torpaq və səs-küyə qarşı normativ tədbirlərin görülüb-görülmədiyi dərhal cavablandırılmalıdır.

Gülşən Rəsul