Dövlət Turizm Agentliyi (DTA) ölkədə müalicəvi su hövzələrinin yenidən qurulması üçün layihəyə hazırlaşır.
Tribuna.az xəbər verir ki, bununla bağlı artıq tender elan edilib.
Məlumatda qeyd edilir ki, Agentlik turizm potensialı olan su ehtiyatlarının qiymətləndirilməsi və texniki-iqtisadi əsaslandırmanın hazırlanması istiqamətində layihə smeta sənədlərinin hazırlanması üçün xidmətlərin satınalınması prosesini reallaşdıracaq. Bununla əlaqədar qalib olacaq şirkətə 96 min 69 manatlıq büdcə təklif olunacaq.
Layihəyə əsasən Şimal və Cənub turzim dəhlizində mineral və müalicəvi suların araşdırılması, onun texniki göstəriciləri və digər məsələlər dəqiqləşdiriləcək.
Qeyd edək ki, Cənub turizm dəhlizi üzərində Masallı İsti Su sanatoriyası, habelə Lənkəranda yerləşən İsti Su hövzələri mövcuddur. Əgər layihə baş tutarsa, bu su hövzələrinin yenidən təşkilinə start veriləcək.
Fərda Uğur









