“Məlum olur ki, Qərbi Azərbaycan mövzusu hələ də bağlanmayıb və 8 avqustdan bəri Ermənistanda hər gün bu mövzunun bağlandığı barədə təbliğat aparılır”.
Tribuna.az xəbər verir ki, bu fikirləri “Parlaq Ermənistan” Partiyasının sədri Edmon Marukyan səsləndirib.
O deyib ki, Qarabağ məsələsi bitib. “Qarabağ hərəkatı bitdi və onu başlatmaq cəhdləri faydasızdır”.
Marukyan təkliflə də çıxış edib. “Təklif edirəm ki, Qərbi Azərbaycan məsələsinin önünü kəsmək üçün yol xəritəsini hazırlayaq”.
Fərda Uğur









