Marukyan: “Mirzoyan Bayramova zəng etməməliydi”

Marukyan: “Mirzoyan Bayramova zəng etməməliydi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Düşünürəm ki, Ermənistan Bayramova zəng etməməli idi. İki ölkənin problemlərinin arasında qalmağa ehtiyac yoxdur”.

Tribuna.az xəbər verir ki, bu sözləri “Parlaq Ermənistan” Partiyasının sədri Edmond Marukyan deyib.
Onun sözlərinə görə, Ararat Mirzoyanın hərəkəti səhv olub. “İran vurduğunu təkzib edir, biz Bayramova zəng edirik və Bayramov və Xarici İşlər Nazirliyi Azərbaycanın ərazi bütövlüyü ilə həmrəylik ifadə edən bütün ölkələrə minnətdarlıqlarını bildirirlər və Ermənistan da həmin siyahıdadır”.
Marukyan daha sonra İranın tərəfini tutmaqla yanaşı, həm də XİN başçısının Azərbaycana zəng etməsinə də qəzəbini sərgiləyib. “Nə bilirsiniz, o dronlar haradan gəlib, ora necə gəliblər? Nə başa düşürsünüz, o dronlar hansı dronlardır, niyə düşüblər? Sakit qala bilərdiniz”.

Fərda Uğur