Marukyan: “Ermənistan dəhlizlə bağlı öhdəlik götürüb”

Marukyan: “Ermənistan dəhlizlə bağlı öhdəlik götürüb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan hakimiyyəti Laçın dəhlizi və Qarabağ olmadığı halda Azərbaycana dəhliz verir”.

Tribuna.az bildirir ki, bunu “Parlaq Ermənistan” Partiyasının lideri Edmon Marukyan deyib.

Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında imzalanmış sənəd Azərbaycana maneəsiz dəhliz verən bir bəyannamədir. “ABŞ prezidenti bu razılaşmanın şahidi kimi çıxış edib”.

Marukyan onu da bildirib ki, Ermənistanın dəhlizi təmin etmək öhdəliyini də  götürüb. “Məlum olur ki, yeni Konstitusiyanın qəbul edilməsi ilə yanaşı, sülh müqaviləsinin ilkin şərtlərindən biri də Sünikdən dəhliz təmin etməkdir”.

Fərda Uğur