“Vensin səfəri ilə Azərbaycan bizim köməyimizlə hərbi əməkdaşlıq sahəsində əvvəllər tətbiq edilmiş sanksiyaları dəf edəcək”.
Tribuna.az xəbər verir ki, bunu “Parlaq Ermənistan” partiyasının sədri Edmon Marukyan deyib.
Onun sözlərinə görə, Venslə danışıqlar və ABŞ-Azərbaycan münasibətlərinin yeni mərhələyə keçməsi Bakıya bəzi üstünlüklər tanıyacaq. “Azərbaycan ərazilərinin işğalını əsas gətirərək, bizdən konpensasiya tələb edəcək”.
Marukyan iddia edib ki, guya, Azərbaycan Ermənistanın bir çox ərazilərinə iddia edir. “Azərbaycanın Sünik, Geğarkunik və Vayots Dzor ərazilərinə olan iddiaları var. Bakı ABŞ-dan alacağı hərbi texnikanın Ermənistana qarşı istifadə olunmayacağına dair təhlükəsizlik zəmanəti tələb etməlidir”.
Fərda Uğur









