Mars planetində suyun mövcudluğuna dair yeni dəlillər aşkarlanıb.
Tribuna.az xarici mətbuata istinadla xəbər verir ki, alimlər Mars səthində qədim çay yataqlarına bənzər geoloji strukturlar müəyyən ediblər.
Araşdırma müəllifləri qeyd ediblər:
“Bu strukturlar Marsda bir vaxtlar uzunmüddətli axar suyun mövcud olduğunu göstərir”.
Tapıntı Marsda keçmişdə həyat ehtimalı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Sənan Məmmədli









