Marketlərimizdə bu erməni məhsulları satılacaq – SİYAHI

Marketlərimizdə bu erməni məhsulları satılacaq – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Baş naziri Nikol Paşinyan deyib ki, yaxın gələcəkdə Ermənistan və Azərbaycan arasında ikitərəfli ticarət, o cümlədən Ermənistandan Azərbaycana ixracın da başlaya biləcəyi realdır.

Tribuna.az bildirir ki, bu barədə Paşinyan hökumət iclasından sonra keçirilən brifinqdə məlumat verib. O bildirib ki, hazırda Azərbaycandan Ermənistana idxal həyata keçirilir və bu, ticarətin bir istiqamətidir, lakin o ümid edir ki, yaxın gələcəkdə Ermənistandan Azərbaycana da ixrac fəaliyyətləri təşkil olunacaq.
Bəs Ermənistandan Azərbaycana hansı məhsullar ixrac oluna bilər? Bu ixrac imkanlarının yaranması üçün hansı iqtisadi və logistik amillər vacibdir?

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Musavat.com-a danışıb: “Azərbaycandan Ermənistana və Ermənistandan Azərbaycana ixrac-idxal əməliyyatları dövlət xətti ilə deyil, əsasən özəl sektor vasitəsilə həyata keçiriləcək. Bunun üçün müəyyən şərtlərin yerinə yetirilməsi vacibdir. Məsələn, bankların bir-birini tanıması, bank əməliyyatlarının düzgün həyata keçirilməsi, göndərilən məhsulların sığortalanması kimi məsələlər mövcuddur. Buna görə də proses müəyyən vaxt tələb edəcək.

Lakin perspektivlər mövcuddur və Azərbaycanda bu proses bir qədər daha rahatdır. Çünki Ermənistanın enerji daşıyıcılarına olan ehtiyacını Azərbaycan artıq reallaşdıra bilər, yəni belə bir imkan mövcuddur və biz məhsullarımızı sata bilərik. Özəl sektorla bağlı müəyyən problemlər mövcuddur. Məsələn, texniki çətinliklər hələ də qalır.

Bununla belə, Ermənistandan Azərbaycana spirtli və spirtsiz içkilər, kənd təsərrüfatı məhsulları, çay, qızıl balıq, ət məhsulları və digər bir sıra məhsullar ixrac oluna bilər. Lakin qeyd edildiyi kimi, bütün bu əməliyyatların reallaşması müəyyən vaxt tələb edəcək”.