Manvelyan: “Azərbaycandan neft almaq…”

Manvelyan: “Azərbaycandan neft almaq…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan son zamanlar Azərbaycandan neft və neft məhsulları almağa başlayıb.

Tribuna.az xəbər verir ki, ötən gün bu ölkənin iqtisadiyyat naziri Papoyan bildirib ki, artıq bir neçə erməni şirkəti həmin məhsulları almaq üçün danışıqlar aparmağa başlayıblar.

Lakin rəsmi İrəvanın bu addımlar müxalifətin ürəyincə deyil. Elə bu səbəbdən də ciddi şəkildə etiraz etməyə başlayıblar. Məsələn, siyasətçi Armen Manvelyan deyib ki, “Azərbaycan neftini almaq “düşmən” ordusunu maliyyələşdirmək deməkdir”.

Onun məntiqinə görə, Ermənistan Azərbaycandan deyil, Rusiyadan neft və neft məhsulları almalıdır.

P.S. Bu adamlar xəstədirlər. O dərəcədə ağır formda xəstəliyə tutulublar ki, müalicəsi mümkün deyil. Rusiyanın əlaltıları olmaqla yanaşı, ölkələrini istənilən məmləkətin ayaqları altına atmağa belə razıdırlar. Təki özlərinin maraqları təmin olunsun.

Fərda Uğur