Manukyan: “İrəvan Bakının tələblərini yerinə yetirəcək”

Manukyan: “İrəvan Bakının tələblərini yerinə yetirəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Paşinyanın iki gün ərzində verdiyi sensasion açıqlamaların kökündə Azərbaycanla əvvəlcədən imzalanmış müqavilənin tələbləri dayanır”.

Tribuna.az xəbər verir ki, bu sözləri erməni deputat Qeqam Manukyan deyib.

Onun sözlərinə görə, İrəvan hökuməti həmin sənədi sülh müqaviləsi kimi təqdim etməyə çalışır. “Amma əslində paraflanmış sənəd, nə Ermənistana, nə də regiona sülh gətirməyəcək. Sadəcə olaraq, görünən və görünməyən aspektləri ilə Ermənistan hökumətinin Azərbaycanın tələblərini yerinə yetirmək üçün üzərinə götürdüyü bütün öhdəlikləri qeyd edir”.

Fərda Uğur