Manukyan: “Bundan sonra Qafqaz Azərbaycanın təsir altında olacaq”

Manukyan: “Bundan sonra Qafqaz Azərbaycanın təsir altında olacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“TRIPP qapalı, şəbəkəli yol olacaq. Bu tərəfdən daxil olacaq, digər tərəfdən çıxış edəcək. Ermənilər bundan istifadə etməyəcəklər”.

Tribuna.az xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın başçılıq etdiyi Ermənistan Milli Konqresinin sədr müavini Aram Manukyan deyib.

Onun sözlərinə görə, Ermənistanın həmin yola heç bir nəzarəti olmayacaq. “Dəmir yolundan əlavə, hər biri 100 metr enində olacaq qaz və neft dəhlizləri də olacaq. Bundan başqa, elektrik xətti də buradan keçəcək”.

Manukyan bildirib ki, bu hadisə Ermənistanın KTMT təsir zonasından çıxmasına səbəb olacaq. O, maraqlı bir fikir də səsləndirib. “Bundan sonra Qafqaz  KTMT-nin təsir zonasından çıxaraq, Azərbaycanın təsir zonasına keçəcək. Bütün bunlar Azərbaycanın və ABŞ-ın təsiri altında olacaq. İsrail burada çox vacib rol oynayır. Bu proqramlar İsraildə yazılır, ABŞ-a ötürülür və bu bölgədə həyata keçirilir”.

Fərda Uğur