“Minsk Qrupunun həmsədr dövlətləri Qarabağın “müstəqilliyi”nin tanınması məsələsində müxtəlif vasitələrdən istifadə edərək o dövrün hakimiyyətinə daim təzyiq göstəriblər”.
Tribuna.az xəbər verir ki, bu fikirləri erməni diasporunun əsas fiqurlarından biri Kiro Manoyan söyləyib.
O deyib ki, Rusiya, ABŞ və Fransa Ermənistanın yanında olub. Lakin rəsmi İrəvan onların dediklərini həyata keçirməyib. “Hər halda, Qarabağın “müstəqilliyi”nin tanınmaması Ermənistanın günahıdır”.
Fərda Uğur









