Xalıq Qəhrəman oğlu Rəhmanov Maliyyə Nazirliyinin Aparatının rəhbəri təyin olunub.
Tribuna.az xəbər verir ki, bu barədə Bakupost.az məlumat yayıb.
Bildirilib ki, 63 yaşlı X.Rəhmanov 1981-1992-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin tabeli təşkilatlarında, 1992-2000-ci illərdə Dövlət Əmlak Komitəsində müxtəlif vəzifələrdə çalışıb. 2000-ci ildən Maliyyə Nazirliyində işləyən X.Rəhmanov bu təyinatadək qurumun Aparat rəhbərinin müavini vəzifəsini tutub.
O, 2012-ci ildə Prezidentin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.









