Maliyyə Nazirliyi dəftərxana malları satan şirkətdən tualet üçün vasitələr alır

Maliyyə Nazirliyi dəftərxana malları satan şirkətdən tualet üçün vasitələr alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Maliyyə Nazirliyi keçirdiyi tenderin nəticələrini açıqlayıb.

Tribuna.az xəbər verir ki, dövllət qurumu sanitar qovşaqları üçün sərfiyyat materiallarının satın alınmasını həyata keçirəcək.

Bununla bağlı, “A4 OFİS” MMC ilə anlaşıb. Anlaşmanın dəyəri isə 90 min 93 manat təşkil edir.

Nazirliyin qeyd olunan vəsaitə 26 min ədəd müxtəlif formalı salfet, 1830 litr maye sabun, 500 ədəd 3 qatlı, minumum uzunluq 150 metrə olan əl dəsmalı və 100 ədəd parfüm tərkibli hava təravətləndirici alacaq.

Xatırladaq ki, “A4 Ofis” MMC tendderlərdə aktiv iştirak edən şirkət olmaqla yanaşı, yalnız dəftərxana malları satan firma olaraq tanınır. Bu şirkətin sənaye və sanitar qovşaqlar üçün məhsul satması bir qədər qəribə görünür.

Fərda Uğur