Makrondan Trampa və Pezeşkiana QƏFİL zəng

Makrondan Trampa və Pezeşkiana QƏFİL zəng

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Prezidenti Emmanuel Makron özünün Facebook səhifəsində İran Prezidenti Məsud Pezeşkyan və ABŞ Prezidenti Donald Trampla ayrı-ayrılıqda telefon danışığı apardığını bildirib.
Tribuna.az bildirir ki, Makron atəşkəsin mümkün olan ən yaxşı addım olduğunu qeyd edib və Livandakı vəziyyət də daxil olmaqla, bütün tərəflər tərəfindən ona ciddi şəkildə əməl olunacağına ümid etdiyini bildirib.

O, atəşkəsin qorunmasının regionda təhlükəsizliyin gücləndirilməsinə yönəlmiş hərtərəfli danışıqların başlanması üçün zəruri şərait yaratdığını vurğulayı .

Prezident yazıb ki, “İstənilən razılaşma İranın nüvə və ballistik raket proqramları, eləcə də Hörmüz boğazından sərbəst naviqasiyaya mane olan regional fəaliyyətləri və hərəkətləri ilə bağlı məsələləri həll etməlidir”.

Həsən Ağa