Makron revanşistlərin hədəfində: “Ermənistan Qarabağa çevriləcək”

Makron revanşistlərin hədəfində: “Ermənistan Qarabağa çevriləcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Siyasi Birliyinin İrəvanda keçirilən sammitində çıxış edən Fransanın prezidenti Emmuanel Makronun fikirləri erməni müxalifətinin qəzəbinə səbəb olub. Tribuna.az xəbər verir ki, onlar Makronu 44 günlük müharibədəki məğlubiyyətlərinin əsas fiquru olaraq təqdim ediblər.

Bundan başqa, Ermənistanın Avropaya inteqrasiya məsələsində Fransanın dəstək verməsi fikrinə də etiraz ediblər. Rusiyanın əsas dəstəkçilərindən olan “Ana Ermənistan” Hərəkatının rəhbəri Andranik Tevanyan bildirib ki, belə davam edərsə, Ermənistan Ukraynaya çevriləcək. “Fransa prezidenti Makronun əsas hədəfi Paşinyanı Zelenskiləşdirmək, Ermənistanı isə Qarabağa çevirməkdir”.

Fərda Uğur